Şəkidə yol qəzasında 5 nəfər xəsarət alıb

Hadisə

07.02.2024 - 02:36

Qəzada xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb

Şəkidə yol qəzası baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə axaşam saatlarında Şəki-Qax avtomobil yolunda, Qoxmuq kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Onlardan biri - 1949-cu il təvəllüdli Çingiz Kamal oğlu Səmədovun müalicəsi xəstəxanada davam etdirilir. Digərlərinin xəsarətləri yüngül olduğundan onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar