Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Hadisə

21.04.2024 - 03:14

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb.

Şəki sakini 1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan həmyerlisi Əliyev Niyaz Qardaşxan oğlu xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az