Şəhid kapitanın əşyaları muzeyə aparıldı

Xəbərlər

24.01.2022 - 18:57

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Həsənovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib

Şəhid kapitan Ceyhun Həsənovun şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna daxil edilib. Bu barədə AYNA-ya muzeydən məlumat verilib.

Ceyhun Həsənov 1985-ci ildə Tovuz rayonunda anadan olub. O, Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Həmin məktəbi bitirdikdən sonra ona leytenant rütbəsi verilib. Təhsilini Təlim Tədris Mərkəzində davam etdirib, 2009-cu ildə zabit ixtisas kursunu bitirib. O, Naxçıvan Muxtar Respublikası N saylı hərbi hissəyə taqım komandiri vəzifəsinə göndərilib. 2011-ci ildə Ceyhun Həsənova baş leytenant hərbi rütbəsi verilib.

Ceyhun Həsənov 2011-ci ildə N saylı hərbi hissədə bölük komandiri, 2013-cü ildə taqım komandiri vəzifəsinə təyin olunub. 2015-ci ildə ona kapitan hərbi rütbəsi verilib. 2019-cu ildə Beyləqan rayon N saylı hərbi hissəsinin korpusunda qərargah rəisi vəzifəsində işləyib. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Ceyhun Həsənovun xüsusi xidmətləri olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən kapitan Ceyhun Həsənova “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib. O, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bakı şəhəri Xətai rayonu 48 nömrəli məktəbə kapitan Ceyhun Həsənovun adı verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş