Səfərbər edilmiş ruslar üçün tapşırıqlar bəlli oldu

Dünya

26.09.2022 - 08:40

Həkimlər Klinikalar SEO Xidməti

Ehtiyyatdan hərbiyə çağırılanlar işğal edilmiş ərazilərə nəzarət edəcəklər

Qismən səfərbərliyə düşən ruslar Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat” zamanı işğal edilmiş ərazilərə nəzarət edəcəklər. AYNA “Ura.ru”ya istinadən xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası”nın 131-ci alayının birinci hücum bölməsinin komandiri Maksim İndus Drozdov bildirib.

“Ön sıralarda olan bölmələri dəyişdirməyin və mövqelərini möhkəmləndirməyin vaxtıdır. Səfərbər olunan ruslar “azad edilmiş” ərazilərə nəzarət etmək üçün lazımdır. İndi biz irəliləyirik, müvafiq olaraq ərazilərin təhlükəsizliyini təmin etməliyik”, - deyə separatçə hərbçi bildirib.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərliyin başlandığını elan edib. Onun sözlərinə görə, hərbi xidmətə çağırılanlar bölmələrə göndərilməzdən əvvəl mütləq əlavə hərbi hazırlıq keçəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş