“Sədərək”də mağazaya basqın edən şəxs tutulub

Xəbərlər

18.11.2022 - 20:15

cedabet dərman SEO Xidməti

Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib

“Sədərək” ticarət mərkəzində mağazaya basqın edən şəxs tutulub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Qardağ rayonunda yerləşən ticarət mərkəzində quldurluq əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş