Səbaildə ağacəkmə aksiyası keçirilib

Xəbərlər

27.09.2022 - 18:02

Aksiyada 300-dən artıq müxtəlif növ ağaclar əkilib

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü ilə əlaqədar Səbail rayonu, Salyan şosesində ağacəkmə aksiyası təşkil olunub. Bu barədə AYNA-ya Səbail RİH-dən məlumat verilib.

Bildirilib ki, RİH başçısı Vuqar Zeynalov, başçının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada 300-dən artıq müxtəlif növ ağaclar əkilib, onların mühafizəsi üçün qoruyucu zolaqlar çəkilmiş, əvvəl əkilmiş gül və yaşıllıqlara qulluq göstərilib.

Müəllif: Ayna.az