Bərdə xəstəxanasında dəhşətli hadisə baş verib
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Xatırladaq ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının II Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində çalışan sanitar qadının köməksiz və huşsuz vəziyyətdə olan pasiyentə qarşı zorakılıq göstərdiyi müəyyən edilib.