Şamaxıya güclü qar yağıb

Xəbərlər

08.11.2022 - 01:41

cedabet dərman SEO Xidməti

Hava şəraiti avtomobil yollarına təsir etməyib

Şamaxı rayonunda gecə saatlarından davam edən güclü leysan gecə saatlarında sulu qar, daha sonra isə qarla əvəzlənib.

AYNA APA-ya istinadən xəbər verir ki, yağıntı ən çox rayonun dağlıq ərazilərinə düşüb.

Pirbəhli, Qızmeydan, Dəmirçi, Zarat, Ərçiman, Pirqulu, Keçməddin dağ kəndlərində qarın qalınlığı 10-20 sm təşkil edib. Meyvə ağaclarını don vurub.

Qeyri-sabit hava şəraiti avtomobil yollarına təsir etməyib. Şamaxı-Pirqulu, Şamaxı-İsmayıllı, Şamaxı-Ağsu və Şamaxı-Bakı yolu işlək vəziyyətdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş