Şahzadə Endryu koronavirusa yoluxub

Dünya

02.06.2022 - 23:22

Həkimlər Klinikalar SEO Xidməti

Şahzadə Endryun Şükranlıq tədbirində iştirak edə bilməyəcəyi açıqlanıb

İngiltərə kraliçası II Elizabetin 61 yaşlı oğlu, York hersoqu Şahzadə Endryu COVID-19-a yoluxub. AYNA xəbər verir ki, Bukingem Sarayının sözçüsü, Şahzadə Endryunun koronavirus testinin müsbət çıxdığını bildirib.

Onun sabah Kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümündə Müqəddəs Paul Katedralında keçiriləcək Şükranlıq tədbirində iştirak edə bilməyəcəyi açıqlanıb.

Endryu da Kraliça Elizabethin Platin Yubileyi çərçivəsində bu gün kral ailəsinin üzvləri ilə Bukingem sarayında balkona çıxmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş