Sahibkarlıqla bağlı yeni qanun hazırlanıb

Xəbərlər

29.09.2022 - 17:44

Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar yeni qanun layihəsi hazırlanıb. 

AYNA xəbər verir ki, layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. 

Bundan əlavə, iclasın gündəliyinə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) də daxil edilib.

Müəllif: Ayna.az