Qəbul şagird yerdəyişməsi elektron sistemi üzərindən həyata keçirilir
17 oktyabr saat 11-də şagird yerdəyişməsi prosesinə başlanılıb. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şagird yerdəyişməsi elektron sistemi vasitəsilə aparılır.
Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 17-31 oktyabr 2022-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Qəbul şagird yerdəyişməsi elektron sistemi üzərindən həyata keçirilir.