İki yüzə yaxın ev mavi yanacaqla təmin olunub

Xəbərlər

15.11.2019 - 18:30

Fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb

 

Bu gün Lerik rayonunun Cənginəvud, Vizəzəmin və Peştətük kəndlərinə təbii qaz verilib.

 

AYNA-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Lerik rayonunun İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsinin əməkdaşları iştirak ediblər.

 

Cənginəvud kəndində 48, Vizəzəmin kəndində 79, Peştətük kəndində isə 49 fərdi ev mavi yanacaqla təmin olunub. Ümumilikdə, Cənginəvud kəndində 3898 metr, Vizəzəmin kəndində 6926 metr, Peştətük kəndində isə 4940,5 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb. 

Müəllif: Ayna.az