Sabahın havası: yağış, leysan, dolu...

Xəbərlər

06.09.2022 - 13:23

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 23 dərəcə isti gözlənilir

Sentyabrın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında sentyabrın 7-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 20-23°, Bakıda gecə 16-18, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75% olacaq.

Rayonlarda sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18°, gündüz 20-24°, dağlarda gecə 3-7°, gündüz 8-13° isti olacaq.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş