Sabahın havası: Bakıya yağış yağacaq

Xəbərlər

06.11.2022 - 13:41

cedabet dərman SEO Xidməti

Dağlıq ərazilərdə qar yağacağı gözlənilir

Noyabrın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 13°-dək isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 13°-dək isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş