Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq
Fevralın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənəcən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Gecə 0-2° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 14-19° şaxta, gündüz 3-8° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.