Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

30.09.2022 - 13:07

Bakıda 27, bölgələrdə 33 dərəcə isti olacaq

Oktyabrın 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-21, gündüz 25-28, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 29-33, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

Müəllif: Ayna.az