Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi

Xəbərlər

20.09.2019 - 21:20

Prezident  İlham Əliyev akademik Nizami Cəfərovu təltif edib

 

Prezident İlham Əliyev Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib.

 

Qeyd edək ki, sabah N.Cəfərovun 60 yaşı tamam olur. O, 1959-cu ilin sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 

Müəllif: Ayna.az