Sabahın hava proqnozu

Xəbərlər

06.12.2021 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 14 dərəcə isti olacaq

Dekabrın 7-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər saatlarında zəif duman, axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Rayonlarda əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 7-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş