Süni dəri yükündən 304 kiloqramdan çox heroin çıxıb

Xəbərlər

28.11.2019 - 15:57

Faktla bağlı araşdırma aparılır

 

Külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısı alınıb.

 

AYNA-ya DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Biləsuvar gömrük postunda Ukrayna Respublikasının vətəndaşı Haıevskyı Leonıdin idarə etdiyi “Reno” markalı, AI9452HI/AI9425XK dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.

 

Həmin nəqliyyat vasitəsində olan 560 rulon süni dəri yükünün Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasının “Hadyeh Golbaf Jahan Co.” şirkətindən Ukrayna Respublikasının “Lımıted Lıabılıty Company Kasrık Ukraıne LLC” şirkətinin ünvanına aparılması nəzərdə tutulub.

Lakin baxış zamanı yük avtomobilinin qoşqusunda 560 rulon “süni dəri” yükünün 288 ədədinin hər birinin daxilindəki silindr formalı karton borunun içərisində olan digər karton borunun üzərinə yapışqanlı lentlə sarınmış polietilen paketlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 304 kq 154 qram olan narkotik vasitə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.                                                         

Müəllif: Ayna.az