İctimai xadim II Fəxri xiyabanda dəfn olunacaq
Dünən vəfat edən Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun cənazəsi sabah günorta saatlarında Moskvadan Bakıya gətiriləcək.
AYNA Modern.az-a istinadən bildirir ki, bu barədə mərhumun dostu, rejissor Tahir Tahiroviç məlumat verib.
T.Tahiroviç qeyd edib ki, R. Abutalıbovun nəşi bu gün vəfat etdiyi xəstəxanadan təhvil alınacaq. Sabah günorta saatlarında isə Bakıda dəfn olunması planlaşdırılır.
Xatırladaq ki, R.Abutalıbov Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.