Parlament Vətən müharibəsi ilə bağlı bəyanat yayacaq
Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar bəyanat yayacaq.
AYNA xəbər verir ki, bu barədə məsələ Milli Məclisin payız sessiyasının sabah keçiriləcək ilk plenar iclasının gündəliyinə daxil edilib.
Toplantıda deputatlar Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatını müzakirə edəcəklər.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının sabah ilk plenar iclası keçiriləcək.