Sabah bu yollarda görünüş məsafəsi məhdudlaşacaq - SİYAHI

Xəbərlər

02.10.2022 - 16:15

Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 3-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Ələt-Astara, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Şuşa-Füzuli, Xankəndi-Xocavənd, Ucar-Zərdab-Ağcabədi, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Salyan-Neftçala magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Müəllif: Ayna.az