Sabah bu rayonlarda qaz kəsiləcək

Cəmiyyət

26.04.2022 - 18:18

Sabah səhər 9-dan etibarən qazın verilişi dayandırılacaq

Zərdab və Ucar rayonlarının qaz təchizatında fasilə yaranacaq. AYNA xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və siyirtmənin quraşdırılması ilə əlaqədar sabah saat 09:00-dan işlər başa çatanadək “Zərdab”, “Lək” QPS-lərdən, “Zərdab asfalt beton zavodu” və “Ucar Pambıq emalı zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd olunub ki, təmir müddətində Zərdab rayonunun tam olaraq, Ucar rayonunun isə 8 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Müəllif: Ayna.az