Milli Məclis pensiya artımı ilə bağlı dəyişikliyi qəbul edib

Cəmiyyət

09.07.2019 - 13:12

Həkimlər Klinikalar SEO Xidməti

Qanun layihəsi müzakirə edilərək ikinci oxunuşda qəbul olunub

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilərək ikinci oxunuşda qəbul olunub.

 

AYNA xəbər verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Müəllif: Ayna.az