Qüdrətin təcəssümü

Cəmiyyət

23.09.2019 - 23:02

Bu tarixi fotonun altına belə yazılıb:

 

"Manhattan-in havadan çəkilmiş ilk fotoqrafı, 1906".

 

Nə qədər xəsis və yalın bir fotoqraf altyazısıdır. Nyu York və onun qəlbi Manhetten, Harlem və Qudzon çayları, limanlar və göydələnlər. Nyu Yorkun indiki silueti ilə müqayisədə bu fotoda təəccüblü heç nə yoxdur - qarşımızda bu məşhur şəhər və onun ihtişamı var. Ancaq...

 

Ancaq diqqət edin, bu foto 1906-cı ildə çəkilib, yəni I Dünya müharibəsindən əvvəl, 1917-ci il Oktyabr çevrilişindən çox öncə. Və Amerikanın hələ o zamankı qüdrətini düşünün bir.

 

Və altyazıya bir də diqqət edin - "havadan çəkilmiş ilk fotoqraf", havadan çəkiblər yəni fotonu. Düşünə bilirsizmi, 1906-da adamlar təyyarə ilə havaya qalxırmış, fotoqraf çəkirmişlər. 

 

Bir ölkənin qüdrəti boş yerdən yaranmır, onun insanlarının arı kimi, qarışqa kimi çalışmasından yaranır. Bu gün Çin Amerikanın yolu ilə getməyə başlayıb. 

 

Gələcək hər zaman çalışanların olur...

 

Müəllif: İbrahim Nəbioğlu