Martın 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Martın 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə çiskin, günün birinci yarısında duman olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyi ilə əvəzlənəcək.
Gecə 4-6°, gündüz 9-14° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 4-7°, gündüz 15-20° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı bildirilir.