Müdafiə naziri həmsədrlərlə görüşüb

Xəbərlər

17.10.2019 - 17:48

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə aparılıb

 

Oktyabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, görüşdə qoşunların təmas xəttində, Ermənistan-Azərbaycan dövlət sərhədi, xüsusilə cəbhənin Qazax istiqamətindəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Müəllif: Ayna.az