Azyaşlı qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib
Saatlıda itkin düşən azyaşlı qısa müddətdə tapılaraq ailəsinə təhvil verilib
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, yanvarın 6-da R.Məmmədov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək azyaşlı qızının itməsi barədə məlumat verib. Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.
Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.