Saakaşvili klinikadan həbsxanaya köçürüləcək

Dünya

25.07.2024 - 15:02

cedabet dərman SEO Xidməti

Ədliyyə naziri: “Mən şadam ki, onun səhhəti kəskin şəkildə yaxşılaşıb və ona cansağlığı arzulayıram”

Gürcüstanın ədliyyə naziri Rati Breqadze Mixail Saakaşvilinin “Vivamed” klinikasından həbsxanaya “tez köçürülməsinin” vaxtı olduğunu deyib. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.

“Həkimlər səhhətinin vəziyyətini qiymətləndirirlər. Mixail Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək. Müvafiq qərar qəbul ediləcək, bu barədə çox yaxında xəbər tutacaqsınız. Mən şadam ki, onun səhhəti kəskin şəkildə yaxşılaşıb və ona cansağlığı arzulayıram”, - deyə Breqadze bildirib.

Qeyd edək ki, Gürcüstanın sabiq Prezidenti M.Saakaşvili 2022-ci ilin may ayından Tbilisi “Vivamed” klinikasındadır. Saakaşvili uzun aclıq aksiyasından sonra həbsxanadan köçürülüb. Bir neçə dəfə müstəqil ekspertiza anoreksiya və kaxeksiya səbəbindən sabiq Prezidentin vəziyyətini kritik qiymətləndirib. Sonuncu dəfə Ombudsmanın çağırdığı həkimlər şurası Saakaşvilinin vəziyyəti ilə bağlı hesabatını bu ilin fevralında təqdim etmişdi. Hesabatda müsbət dinamika qeyd edilib, eyni zamanda, vəziyyətin hələ də daimi həkim nəzarəti tələb etdiyi vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş