Rutte NATO ölkələrini Ukraynaya dəstəyi artırmağa çağırıb

Dünya

14.01.2025 - 08:27

Həkimlər Klinikalar SEO Xidməti

“Kiyevin danışıqlarda güclü mövqeyə malik olmasını təmin etmək üçün Ukraynaya hərbi tədarükləri sürətləndirmək lazımdır”

NATO-nun baş katibi Mark Rutte yanvarın 13-də bildirib ki, Alyansa üzv ölkələr Ukraynaya dəstəyini artırmalıdır. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rutte  Avropa Parlamentindəki ilk çıxışında deyib.

“Biz münaqişənin trayektoriyasını dəyişmək üçün Ukraynaya dəstəyimizi saxlamalı və gücləndirməliyik”, Rutte bildirib.

NATO baş katibinin sözlərinə görə, “Kiyevin danışıqlarda güclü mövqeyə malik olmasını təmin etmək üçün Ukraynaya hərbi tədarükləri sürətləndirmək lazımdır”.

Rutte həmçinin avropalı deputatları sosial müavinətləri azaltmaqla NATO-nun müdafiə xərclərini artırmağa kömək etməyə çağırıb. Onun fikrincə, təhlükəsizliyi təmin etmək üçün Alyans ölkələrinin müdafiə xərcləri ÜDM-in 2%-dən əhəmiyyətli dərəcədə yüksək olmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş