Ruslar Xersonda evləri atəşə tutub: 2 nəfər həlak olub

Dünya

26.01.2023 - 13:30

Xerson Rusiya ordusu tərəfindən 36 dəfə atəşə tutulub

Son sutka ərzində Rusiya ordusu Xerson vilayətini 36 dəfə atəşə tutub. Nəticədə 2 nəfər həlak olub, 5 nəfər yaralanıb.

AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyası məlumat yayıb. Ruslar artilleriyadan, MLRS-dən, minaatanlardan, tanklardan atəş açıblar.

“Əraziyə raket hücumu da olub. Düşmən mərmiləri Xerson sakinlərinin evlərinə düşüb. Son sutka ərzində Rusiya ordusu 2 dinc sakini öldürüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - adminstrasiyanın məlumatında qeyd edilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə