Rusiyaya qarşı 9-cu sanksiyalar paketi

Dünya

08.12.2022 - 16:41

Sənəd dekabrın 9-da təsdiqlənə bilər

Avropa İttifaqının Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin dekabrın 9-da qəbul olunacağı gözlənilir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşanın Avropa İttifaqındakı səfiri Anjey Sados deyib.

Onun sözlərinə görə, yeni sanksiyalar paketinə Varşavanın Latviya, Litva və Estoniya tərəfindən dəstəklənən təklifləri daxil ediləcək. 

“Biz ikili təyinatlı malların və Rusiyanın silah sektoru ilə çalışan kompaniyaların siyahısını xeyli genişləndiririk. Eyni zamanda, bu ölkənin dağ-mədən sənayesinə sərmayə yatırılmasına qadağa qoyuruq, 200-ə yaxın insanı və kompaniyanı sanksiya siyahısına əlavə edirik”, - deyə Sados əlavə edib.

 

Müəllif: Ayna.az