Uçuşlara məhdudiyyət rejimi oktyabrın 16-dək uzadılıb
Rusiyanın cənub və mərkəzi hissəsində yerləşən 11 aeroportda uçuş məhdudiyyətləri yenidən uzadılıb.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rosaviasiya məlumat yayıb.
Qeyd edilib ki, Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 aeroportda uçuşlara məhdudiyyət rejimi 2022-ci il oktyabrın 16-dək uzadılıb.
Xatırladaq ki, Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladığı fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.