“Bütün ruslar üçün səfərbərlik prosedurunun ədalətli olmasına cəmiyyətdə son dərəcə yüksək tələbat var”
Rusiya İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev vətəndaşların hərbi xidmətə çağırış yaşının 45 və ya 50 yaşa qədər artırılmasını təklif edib. AYNA TASS-a istinadən bildirir ki, Fadeyevin sözlərinə görə, Rusiya Konstitusiyasına görə, vətənin müdafiəsi hər bir Rusiya vətəndaşının borcudur.
“Doğuşdan vətəndaşlıq alanlar və vətəndaşlığa sonradan qəbul edilənlərə fərq qoyulmamalıdır. Hesab edirəm ki, bu hüquqi boşluğu doldurmaq lazımdır. Vətəndaşlığa qəbul edilmiş şəxslərin də hərbiyə çağırış yaşının 45 və ya 50 yaşa qədər artırılması imkanlarını nəzərdən keçirmək lazımdır”, - Şura rəhbəri qeyd edib.
Onun sözlərinə görə, bütün ruslar üçün səfərbərlik prosedurunun ədalətli olmasına cəmiyyətdə son dərəcə yüksək tələbat var: “Belə ki, iddialardan biri də əmək miqrantlarının və vətəndaşlıq almış digər vətəndaşların səfərbər edilməsidir. Belə vətəndaşların yaşı 27-dən yuxarıdırsa, onlar hərbi xidmətə çağırılmırlar, buna görə də hərbi ixtisas ala bilmirlər və bu kateqoriyaya düşə bilmirlər”.