Rusiyada sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq aşıb

Dünya

27.06.2024 - 00:30

cedabet dərman SEO Xidməti

Qatar 232 sərnişini daşıyan 14 vaqondan ibarət olub

Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq aşıb.

AYNA xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat üzrə İstintaq Komitəsinin Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

Hadisə nəticəsində ölən olmayıb.

“Ümumilikdə, qatar 232 sərnişini daşıyan 14 vaqondan ibarət olub, ilkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb”, - deyə xəbərdə vurğulanıb.

İdarə hadisə nəticəsində 70 nəfərin yaralandığını qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş