Rusiyada dörd nəfər yanaraq ölüb

Dünya

04.12.2022 - 07:51

Rusiyanın Orenburq şəhərində fərdi yaşayış evində baş verən yanğın nəticəsində dörd nəfər ölüb.

AYNA “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Orenburq vilayəti üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 3-nə keçən gecə Orenburq şəhərinin 374-cü km küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğın baş verən ərazinin kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Müəllif: Ayna.az