Rusiya XİN başçı Türkiyəyə səfər edəcək

Dünya

30.03.2023 - 17:51

Lavrovun görüşlərində Suriya, Ukrayna və Qarabağdakı hazırkı vəziyyət müzakirə olunacaq

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, nazirin Ankaraya səfəri aprelin 6-7-nə planlaşdırılıb.

“Cənab nazirin türkiyəli həmkarının dəvəti ilə bu ölkəyə səfəri baş tutacaq. Səfər zamanı görüşlərdə ikitərəfli münasibətlər, Suriya, Ukrayna və Qarabağdakı hazırkı vəziyyət müzakirə olunacaq”, Zaxarova vurğulayıb.

Müəllif: Ayna.az