“Rusiya Ukraynada 700 mindən çox hərbçisini itirib”

Dünya

10.01.2025 - 08:47

Həkimlər Klinikalar SEO Xidməti

Lloyd Ostin: “Moskva hətta Şimali Koreyadan olan qoşunları onlara yad olan müharibəyə aparıb”

“Rusiya Ukraynaya qarşı müharibədə xeyli itki verdi. Buna görə də Şimali Koreya qoşunlarını müharibəyə cəlb etmək məcburiyyətində qaldı”. AYNA “RBC-Ukrayna”ya istinadən bildirir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ramşteyn bazasındakı görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2022-ci ildən bu yana Rusiya Ukraynada 700 mindən çox hərbçisini itirib: “Ukraynadakı itkilər indi Putinin başlatdığı müharibənin əvvəlində Rusiya qoşunlarının ümumi sayının üçdə ikisini ötüb. Təkcə 2024-cü ilin noyabrında Rusiya hər gün demək olar ki, 1500 əsgər itirib”.

Pentaqon rəhbəri əlavə edib ki, bu cür itkilər səbəbindən “Moskva hətta Şimali Koreyadan olan qoşunları onlara yad olan müharibəyə aparıb”.

“Bu, Putinin çarəsizliyinin daha bir açıq əlamətidir. Şimali Koreya qoşunları keçən sentyabrda Putinin müharibəsinə girəndən bəri mindən çox əsgər itirib. Təbii ki, bundan əhəmiyyətli dərəcədə yüksək olan başqa hesablamalar da var”, - ABŞ Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş