Rusiya şirkətlərinin gəlirləri sanksiyalar səbəbindən azalıb

Dünya

02.07.2024 - 15:42

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya şirkətlərinin ümumi gəlirləri 2023-cü ildə 36 faiz azalaraq 814 trilyon rubl təşkil edib

Rusiya şirkətlərinin ümumi gəlirləri 2023-cü ildə 36% azalaraq 814 trilyon rubl təşkil edib. AYNA xəbər verir ki, bu barədə “İzvestiya” Federal Vergi Xidmətinin (FTS) analitik portalına istinadən yazıb.

Qeyd edilib ki, üstəlik, Ukraynaya qarşı müharibənin birinci ilində bu rəqəm ilk dəfə olaraq bir katrilyonu keçərək 1267 trilyon rubl təşkil edib.

“Keçən il şirkətlərin gəlirlərinin azalması xarici sanksiyalarla bağlıdır: şirkətlər logistika və istehsal proseslərini yenidən qurmalıdırlar”, deyə “Texzor” Şirkətlər Qrupunun baş direktoru Andrey Borodkin izah edib.

Rusiya İqtisad Universitetinin Dövlət və Bələdiyyə Maliyyəsi kafedrasının dosenti Ravil Axmadeev isə bildirib: “Biznes və dost ölkələr arasında iqtisadi əlaqələrin infrastrukturu kifayət qədər inkişaf etmədiyi üçün bu, keçən il yeni ticarət və maliyyə əlaqələrinin qurulmasını tələb etdi”.

Həmçinin, onun sözlərinə görə, gəlirlərin azalmasına inflyasiya gözləntiləri də təsir edib, bunun qarşısını almaq üçün Rusiya Mərkəzi Bankı ötən ilin dekabrında uçot dərəcəsini 16%-ə qaldırıb. Nəticədə kreditlər bahalaşıb və şirkətlərin biznesin genişləndirilməsinə investisiya qoymaq imkanları azalıb.

Eyni zamanda, Federal Vergi Xidmətinin məlumatlarına görə, 2023-cü ildə Rusiya şirkətlərinin mənfəəti illik müqayisədə 23% artaraq 38,2 trilyon rubla çatıb.

“Mənfəət artımı əhəmiyyətli kapital xərcləri və ya xərc tələb etməyən şirkətlər üçün xarakterikdir”, Axmadeev deyib. Bunlar əsasən sanksiyalardan az təsirlənən daxili sektorlardır: tikinti, telekommunikasiya, xidmət və s.

Ümumilikdə ötən il Rusiya şirkətləri gəlir vergisi kimi 20% dərəcəsi ilə 7,9 trilyon rubl ödəyib. Lakin 2025-ci ildən bu nisbət 25%-ə qədər artırılacaq.

Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanovun qeyd edib ki, bu, ədalətli vergi sisteminin qurulması, biznes investisiya fəaliyyətinin stimullaşdırılması, həmçinin rəqabətin dəstəklənməsi üçün edilir. 2025-ci ildə hökumət gəlir vergilərini artırmaqla büdcəyə əlavə 1,6 trilyon rubl daxil etməyi gözləyir.

Müəllif: Ayna.az