Rusiya DİN Ukraynanın sabiq Prezidentini axtarışa verib
Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. AYNA xəbər verir ki, bu barədə Rusiya DİN-in məlumat bazasında sənəd yerləşdirilib.
“1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır”, - deyə bildirilir.
Qeyd edək ki, Rusiya DİN Ukraynanın hazırlı Prezidenti Volodimir Zelenskini də axtarışa verib.