Rusiya Dneprə zərbə endirib, 2 nəfər həlak olub

Dünya

28.04.2023 - 08:56

cedabet dərman SEO Xidməti

Hücumu gənc qadın və üç yaşlı uşağın ölümü ilə nəticələnib

Rusiyanın aprelin 28-də səhər saatlarında Ukraynaya genişmiqyaslı raket hücumu nəticəsində Dnepr şəhərində iki nəfər həlak olub.

AYNA xəbər verir ki, bu barədə şəhərin meri Boris Filatov teleqramda bildirib.

“Rusiya işğalçı ordusunun Dnepr boyunca raket hücumu gənc qadın və üç yaşlı uşağın ölümü ilə nəticələnib”, - Filatov sosial şəbəkədə qeyd edib.

Xatırladaq ki, daha öncə cəbhədən uzaqda yerləşən Uman şəhərinə zərbə endirildiyinə dair məlumat yayılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş