Rusiya, Çin və İran birgə dəniz təlimləri keçirirlər

Dünya

15.03.2023 - 12:56

Oman körfəzindəki təlimlərlə bağlı təfərrüatlar tam açıqlanmayıb

Martın 15-19-da Rusiya, Çin və İran və bir sıra digər ölkələr Oman körfəzində “Dəniz təhlükəsizlik kəməri-2023” birgə hərbi dəniz təlimləri keçirirlər. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərlə bağlı təfərrüatlar tam açıqlanmayıb.

Qeyd edək ki, fevralın 17-27-də Rusiya, Çin və Cənubi Afrikanın ikinci birgə hərbi dəniz təlimləri də Hind okeanının cənub hissəsində baş tutub. Rusiya tərəfdən Şimal Donanmasının gəmilər dəstəsi orta tanker “Kama” və “Admiral Qorşkov” freqatının tərkibində iştirak edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə