Roma Papası Putin və Zelenskini müharibəni dayandırmağa çağırıb

Dünya

02.10.2022 - 21:04

Papa çıxışında digər beynəlxalq ictimaiyyətin rəhbərlərinə də müraciət edib

Roma Papası Fransisk Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskini münaqişəni dayandırmağa və dinc dialoqa keçməyə çağırıb.

AYNA xarici mediaya istinadən bildirib ki, Roma Papası Fransisk Rusiya rəhbərindən baş verənləri dayandırmağı xahiş edib və Zelenskini danışıqlara açıq olmağa çağırıb.

Papa çıxışında digər beynəlxalq ictimaiyyətin rəhbərlərinə də müraciət edib: "Mən sizi təhlükəli bir eskalasiyaya girmədən müharibəni bitirmək üçün əllərinizdən gələni etməyə çağırıram".

Müəllif: Ayna.az