Fransisk: “Mən münaqişə tərəflərini dini ibadət yerlərinə hörmət etməyə çağırıram”
Roma Papası Fransisk Ukrayna Pravoslav Kilsəsinin rahiblərinin Kiyev-Peçersk Lavrasından zorla çıxarılmasından narahat olub. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
“Mən münaqişə tərəflərini dini ibadət yerlərinə hörmət etməyə çağırıram. Özlərini ibadətə həsr edən istənilən məzhəbdən olan insanlar xalqı üçün bir dayaqdır”, - deyə Papa qeyd edib.
Bundan əvvəl Kiyev-Peçersk Lavrası rahibləri ölümlə hədələndiklərini bəyan etmişdilər. Buna baxmayaraq, onlar Ukrayna Mədəniyyət Nazirliyinin tabeliyində olan muzey-qoruğun tələbi ilə monastırı tərk etməkdən imtina ediblər.
Ali Radanın deputatları Ukrayna Təhlükəsizlik Xidmətindən rahiblərin Kiyev-Peçersk Lavrasından çıxarılmasını təmin etməyi xahiş ediblər. Radanın humanitar siyasət komitəsinin rəhbəri Nikita Poturayev bildirib ki, rahibləri Lavranın ərazisindən çıxarmaq cəhdi müqavimətlə üzləşəcək, lakin Ukrayna hüquq-mühafizə orqanları buna hazırdır.