Riqada SS legionerlərinin adına küçə və meydan olacaq?

Dünya

17.03.2023 - 13:39

Latviya paytaxtının vitse-meri şəhərdə SS legionerlərinin adının əbədiləşdirilməsini təklif edib

Riqanın vitse-meri Edvards Ratnieks Latviya paytaxtında Latviya SS legionerlərinin xatirəsinin əbədiləşdirilməsi üçün bir küçəyə onların adının verilməsini və meydan yaradılmasını təklif edib. AYNA xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Ratnieks şəhər obyektlərinin toponimləri və adları ilə bağlı komissiyaya müvafiq təklif göndərəcəyini bildirib.

Meriya rəsminin sözlərinə görə, Latviya SS legionerləri totalitar Stalinist rejim və işğala qarşı mübarizənin simvoludur.

“Guya legionerlər olmayıb kimi davranmaq düzgün deyil. Latviyanın tarixi Latviyada, Avropada, dünyanın başqa yerlərində bilinməlidir və bundan biz utanmamalıyıq”, - Ratnieks vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin martında Latviyanın daxili işlər naziri Mariya Qolubeva Riqada Latviya SS legionunun xatirəsinə illik yürüş keçirməməyə çağırıb. Nazir belə tədbirin keçirilməsini yersiz hesab edib. Onun fikrincə, bu, Rusiya mediasına nasizmə haqq qazandırdığına görə Latviyanı qınamağa daha bir əsas verəcək.

Müəllif: Ayna.az