“Reuters”: İsrail İrandakı hədəflərə hücumda raketlərdən istifadə etməyib

Dünya

19.04.2024 - 12:06

Partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin işləməsi nəticəsində eşidilib

İrandan olan bir rəsmi İsrailin İran hədəflərinə hücumda raketlərdən istifadə etmədiyini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin işləməsi nəticəsində eşidilib.

IRIB agentliyi bundan əvvəl İranın İsfahan şəhərində üç partlayış səsi eşidildiyini bildirib. Qeyd olunub ki, İsrail pilotsuz təyyarələrdən istifadə edərək hücuma cəhd edib və bu təyyarələr İran hərbçiləri tərəfindən vurulub.

Ölənlər barədə məlumat yoxdur. Hadisə nəticəsində bir neçə binanın şüşələrinin sındığı məlum olub.

Bundan əvvəl İsfahanda yerləşən nüvə obyektlərinin təhlükəsiz olduğu bildirilmişdi.

Müəllif: Ayna.az