İran prezidenti: "Regiondakı problemlər region daxilində və ölkələrin fəal iştirakı ilə həll olunmalıdır"
İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub.
AYNA-nın APA-ya istinadən məlumatına görə, telefon danışığında iki ölkə prezidenti müştərək əməkdaşlığın artırılmasına, xüsusi ilə iqtisadi sahədə və terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığın artırılmasına təkid ediblər.
Rəisi Tehran və Ankara arasında iqtisadi və ticari əlaqələrin əhəmiyyətindən danışıb və bildirib ki, tezliklə Tehranda iki ölkənin müştərək iqtisadi komissiyası keçiriləcək və əməkdaşlıqlar yeni mərhələyə qədəm qoyaraq inkişaf edəcək: “Biz təkidlə bildiririk ki, regiondakı problemlər region daxilində və ölkələrin fəal iştirakı ilə həll olunmalıdır. Əcnəbilərin müdaxiləsinə ehtiyac yoxdur”.
Türkiyə prezidenti Tehran-Ankara arasındakı müştərək əməkdaşlıq komissiyasının iclasının keçirilməsinin zərurətindən danışıb və qeyd edib ki, Tehrana gələcək səfərində iki ölkənin münasibətləri yeni mərhələyə qədəm qoyacaq və inkişaf edəcək.