Ramşteyndə Ukrayna ilə bağlı növbəti görüş fevralda keçiriləcək

Dünya

23.01.2023 - 14:20

cedabet dərman SEO Xidməti

Reznikov: “Daha çox inam daha çox silah deməkdir”

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn-9 adlandırılan) növbəti iclası tezliklə baş tutacaq. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, Ukraynaya inamın necə artdığını görür: “İnamla yanaşı, yardımların həcmi də artır. Hər görüşdə tərəfdaşlarımızın Ukraynaya inamının necə artdığını görürəm. Bütün bunlar əsgərlərimizin gərgin əməyi sayəsindədir. Daha çox inam daha çox silah deməkdir”.

Qeyd edək ki, Ramşteyn-8 yanvarın 20-də baş tutub. Görüşdən sonra NATO baş katibi Yens Stoltenberq bildirib ki, toplantıda Ukrayna üçün əhəmiyyətli yeni “döyüş imkanları” paketi elan edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş