Görüş Polad Həşimovun şəxsi əşyaları qorunan Milli Azərbaycan Tarixi Muzeyində keçirilib
Dünən Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günü qeyd edilib.
AYNA xəbər verir ki, bu münasibətlə “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Milli Azərbaycan Tarixi Muzeyində Milli Qəhrəmanın oğulları Davud və Teymurla görüşüb.
Bununla bağlı görüntüləri Şakir Eminbəyli öz “Facebook” hesabında paylaşıb.
Qeyd edək ki, Polad Həşimovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyində qorunur.