Qubadlıda top mərmiləri aşkarlanıb

Xəbərlər

21.04.2024 - 20:23

6 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib

Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, həmin əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli 6 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az